Ərdoğana qarşı bəyanat Ankaranı "qəzəbləndirdi" - Türkiyə XİN-dən SƏRT REAKSİYA

Ərdoğana qarşı bəyanat Ankaranı "qəzəbləndirdi" - Türkiyə XİN-dən SƏRT REAKSİYA
29.08.2026 23:59 Dünya

Türkiyənin Xarici İşlər Nazirliyi İsrail Xarici İşlər Nazirliyinin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamasına reaksiya verib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilib ki, İsrail XİN tərəfindən verilən açıqlamada Ərdoğanı hədəf alan "yalan və böhtanlar" İsrail hökumətində vəzifə tutanların "qorxaq və çürümüş zehniyyətini" əks etdirir.

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətinin yalanlarına inanmır.

Həmçinin Türkiyənin bundan sonra da həqiqətləri müdafiə etməyə və dilə gətirməyə davam edəcəyi vurğulanıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər