Ərdoğan seçkiyə hazırlaşır, amma... – AKP-dən AÇIQLAMA

Ərdoğan seçkiyə hazırlaşır, amma... – AKP-dən AÇIQLAMA
15.09.2026 19:34 Dünya

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğanın gündəliyində növbədənkənar seçkilərə hazırlıq yoxdur, lakin o, potensial olaraq həmişə qarşıdakı seçkilərə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə partiyanın İcraiyyə Şurasının iclasından sonra AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

"Prezidentimizin siyasi fəaliyyət üslubunu bilənlər üçün aydındır ki, o, növbəti seçkilərə hazırlıqdan danışanda bu, heç bir halda onları növbədənkənar keçirmək niyyəti demək deyil. Vətəndaşlarımızı görəndə, onların dəstəyini eşidəndə və partiya təşkilatlarımızın işini görəndə o, tez-tez bu ifadəni təkrar edir: "Biz qarşıdakı seçkilərə hazırlaşırıq və böyük uğurlar qazanacağıq". Bu, növbədənkənar seçkilərin keçirilməsinə siqnal deyil. Hazırda Türkiyənin gündəliyində heç bir seçki yoxdur", - deyə Çelik izah edib.

O qeyd edib ki, Türkiyə Prezidenti seçki mövzusuna və ona hazırlığa həmişə böyük diqqətlə yanaşır, bu məsələlər haqqında fikir bildirir. Lakin bu, onun iş üslubudur, növbədənkənar səsverməyə siqnal deyil.

Qeyd edək ki, Türkiyədə növbədənkənar seçkilərin keçirilmə ehtimalı ilə bağlı müzakirələr vaxtaşırı canlanır.

Ümumi seçkilərin planlaşdırılan tarixi 7 may 2028-ci ildir, lakin onların 16 aprel 2028-ci ildə keçirilməsi variantı da nəzərdən keçirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər