Ərdoğan NATO sammitinə qatılmaq üçün Haaqaya gedir
"Növbəti beynəlxalq səfərim NATO liderlərinin toplantısına qatılmaq məqsədilə Haaqa olacaq".
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Məmur-Sən 30-cu il Sadiqlik Toplantısı" proqramında çıxışı zamanı deyib.
“Sabah NATO dövlət və hökumət başçıları sammitinə qatılmaq üçün Haaqaya gedirik”, - deyə o bildirib.
Ərdoğan əlavə edib ki, o, Xarici İşlər naziri və digər rəsmi nümayəndələrlə birlikdə bölgədə böyük fəlakətlərin yaşanmaması üçün diplomatik səfərbərlik vəziyyətindədirlər.
Töhfə Səməd