Ərdoğan cavabı gecikdirmədi – 18 illik viza güzəşti ləğv edildi
Türkiyə Monteneqro vətəndaşları üçün vizasız gediş-gəliş rejimini ləğv edib.
TodayPress TV “Clash Report”un “X” kanalına istinadən xəbər verir ki, Monteneqro noyabrın 1-də Türkiyə vətəndaşlarına viza tələbi tətbiq etdikdən sonra Türkiyə də qarşılıqlılıq prinsipi əsasında bu qərarı qəbul edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərman noyabrın 27-də qüvvəyə minib. Bununla da Monteneqronun ümumvətəndaş pasportu sahibləri üçün 18 ildir qüvvədə olan vizasız rejim dayandırılıb.
Zəhra Məmmədova
TodayPress TV
Monteneqro
Türkiye
Rəcəb Tayyib Ərdoğan
Viza rejimi
diplomatik münasibətlər
viza
Zəhra Məmmədova