Ərdoğan Bərzani ilə telefon danışığı etdi
Dünya
30.03.2026 23:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında telefon danışığı olub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X"dəki hesabında məlumat yayılıb.
Bildirilib ki, söhbət zamanı bölgədəki münaqişə və son hadisələr müzakirə edilib. Ərdoğan Bərzaninin iqamətgahına edilən hücumdan narahatlıq ifadə edib.
"Ərdoğan Türkiyənin bu və bənzər hücumların daim qarşısında olduğunu, bölgədə yaşanan münaqişələrin bir an əvvəl dayandırılmalı olduğunu vurğulayıb", - məlumatda vurğulanıb.
Qeyd edək ki, rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.
tag: Türkiyə, Ərdoğan, Bərzani, todaypress.tv,
