Əraqçidən gözlənilməz açıqlama: “Həqiqət üzə çıxanda…”
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə qarşı hərbi əməliyyatları ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə o sosial şəbəkə hesablarından birində paylaşım edib.
Əraqçi bildirib ki, İranın müdafiəsiz olduğu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, ABŞ-a məxsus yüzlərlə hərbi obyekt məhv edilib, onlarla hava gəmisi isə sıradan çıxarılıb.
İran XİN rəhbəri bu məlumatların Pentaqonun açıqlamalarına əsaslandığını iddia edib.
“İranın müdafiəsiz olduğu barədə yayılan məlumatlar uydurmadır. ABŞ-nin yüzlərlə hərbi obyekti məhv edilib, onlarla hava gəmisi yandırılıb. Bu, yalnız aysberqin görünən hissəsidir”, – Əraqçi deyib.
Nazir əlavə edib ki, baş verənlərlə bağlı bütün detallar gələcəkdə açıqlanacaq. Onun sözlərinə görə, İran haqqında yalan məlumat yayanlar üçün bu açıqlamalar “xoşagəlməz” olacaq.
Kübra Musayeva