"El-Nino" dünya ticarətini silkələdi - Trilyonlarla dollar təhlükədə!
Ekvatorial Sakit okeanın anomal istiləşməsi nəticəsində yaranan təbii "El-Nino" fenomeni dünya ticarətinə təsir göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, Panamada yağıntıların az olması Panama kanalının fəaliyyətini məhdudlaşdıraraq dəniz logistikasında tıxaclar yaradır. Zambiyada isə quraqlıq çay nəqliyyatını və energetika sahəsini iflic edib.
Həmçinin dağ-mədən sənayesi də zərər çəkir. Çilidə fırtınalar mədənlərin fəaliyyətinə mane olur, digər regionlarda isə iqlim istehsal planlarını pozur.
Bundan əlavə, kənd təsərrüfatı iqlim dəyişikliklərinin və münaqişələr səbəbindən resurs qiymətlərinin artmasının yaratdığı ikili təzyiqlə üzləşir. Ekspertlərin proqnozlarına görə, bu vəziyyət xüsusilə tropik ölkələrdə trilyonlarla dollar məbləğində itkilərə səbəb ola bilər.
Aysel Mətləb