Duzluluq artdı, okeanlardan köpəkbalıqları gəlməyə başladı
Azov dənizində duzluluğun rekord həddə çatması nəticəsində Qara dənizdən, eləcə də Atlantik və Sakit okeanlardan yeni balıq və canlı növləri peyda olub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Cənub Elmi Mərkəzindən "RİA"ya məlumat verilib.
Alimlərin məlumatına görə, Azov dənizinin duzluluğu 2007-ci ildən etibarən artmağa başlayıb və 16 promillə çatıb. Bu, 150 illik müşahidələr tarixində qeydə alınan ən yüksək göstəricidir.
Duzluluğun artması nəticəsində dəniz ekosistemində dəyişiklik baş verib və su hövzəsi azduzlu dəniz xüsusiyyətlərindən tipik dəniz xüsusiyyətlərinə keçib. Mütəxəssislər bildiriblər ki, yeni şərait Qara dəniz kambalası, katran köpəkbalığı və kefalkimilər fəsiləsinə aid bəzi balıqlar üçün əlverişli olub.
“Qara dənizdən Azov dənizinə kökəburun və qulaqcıqlı meduzalar da fəal şəkildə daxil olur”, – alimlər bildiriblər.
Bundan başqa, Azov dənizində Atlantik və Sakit okean mənşəli canlılara da rast gəlinməyə başlanıb. Bunlar gümüşü dabanbalığı, pilenqas kefalı, günəş perçi və şərq krevetidir.
Qiymət Mahir