Dünyanın ən kobud ölkəsi açıqlandı

Dünya

30.03.2026 18:30

Beynəlxalq sorğunun nəticələrinə görə, Avstriya dünyanın ən nəzakətsiz ölkəsi seçilib.

TodayPress TV xəbər verir ki, "Time Out"da bu haqda məqalə dərc olunub.

Beynəlxalq araşdırma Yaponiya­nın isə dünyanın ən nəzakətli ölkələri reytinqində birinci yeri tutduğunu göstərib.

“Remitl” maliyyə şirkəti tərəfindən aparılan sorğuda 26 ölkədən 4697 nəfər iştirak edib. Respondentlərdən ən mehriban insanların yaşadığı ölkəni seçmələri xahiş olunub və ölkələr topladıqları səslərin payına əsasən sıralanıb. Rusiya sakinləri sorğuya daxil edilməyib.

İştirakçıların üçdə birindən çoxu — 35,15 faiz — Yaponiyanı seçib. Kanada 13,35 faizlə ikinci, Böyük Britaniya isə 6,23 faizlə üçüncü yerdə qərarlaşıb. İlk onluğa həmçinin Çin, Almaniya, Filippin, İsveç, Danimarka, Finlandiya və Cənubi Afrika daxil olub. Avstriya isə ən nəzakətsiz ölkə hesab edilib və səslərin bir faizindən azını toplayıb. 

Sorğuda iştirak edənlərdən həmçinin öz nəzakətlərini on ballıq şkala üzrə qiymətləndirmələri istənilib. Braziliya və Çili 9,46 balla lider olublar. Yaponlar isə öz nəzakətləri barədə daha təvazökar fikir bildirərək 8,73 balla sonuncu yeri tutublar. Polyaklar isə özlərini ən nəzakətsiz hesab ediblər.

Jalə Rövşən 

TodayPress TV

tag: Kobud ,Ölkə ,Avstriya,Yaponiya ,Todaypress.tv,