Dağıstanda bir neçə kənd boşaldıldı

Dünya

30.03.2026 10:47

Dağıstanın Xasavyurt rayonunda baş verən daşqınlar vəziyyəti ağırlaşdırıb.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu barədə respublikanın qubernatoru Sergey Melikov məlumat verib.

Onun sözlərinə görə, dörd kəndin – Adilyotar, Kadırotar, Tutlar və Novı Tsilitl – sakinləri təxliyə edilib.

Bu kəndlərdə yaşayış binaları və infrastruktur zədələnib. Bir sıra sakinlər hazırda müvəqqəti yerləşdirmə mərkəzlərinə köçürülüb.

Melikov bildirib ki, elektrik və qaz təchizatında fasilələr davam edir, nəqliyyat infrastrukturunda isə ciddi çətinliklər mövcuddur.

Onun xahişi ilə Baş nazir Əbdülmüslim Əbdülmüslimov və aidiyyəti nazirlər bu gün rayona səfər edəcəklər. Səfərin məqsədi ictimai təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlərin müzakirə olunmasıdır.

Jalə Rövşən 

TodayPress TV

tag: Dağıstan,Daşqın , Sergey Melikov,Fövqəladə vəziyyət ,Todaypress.tv,