"Crocus" terror aktı üzrə gizli şahidin ifadəsi dinlənildi
Dünya
07.02.2026 23:15
Rusiyada "Crocus City Hall" törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə dinləmələr zamanı adı açıqlanmayan şahidin ifadəsi oxunub.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a məhkəmə iştirakçılarından biri bildirib.
Müttəhimlər kürsüsündə oturan 19 təqsirləndirilən şəxsin hamısı Rusiyada terrorçu kimi qeydə alınıb.
"Məhkəmədə oxunan gizli şahidin ifadəsindən məlum olub ki, terrorçuların kuratoru hücumun təşkilatçısı təşkilatçı Şəmsiddin Fariduni ilə əlaqə saxlayıb və qırğızəsilli Alişer Kasimovun ona Moskva vilayətində mənzil kirayə verəcəyini deyib. Dörd silahlı"Crocus"a hücumdan əvvəl orada yaşayıb. Şahidin sözlərinə görə, o, bu məlumatı şəxsən Faridunidən özü alıb", - agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus"da terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, nəticədə 149 nəfər öldürülüb.
tag: Rusiya, Terror, Məhkəmə, Şahid, todaypress.tv,
