Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər

Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər
19.06.2026 23:00 Dünya

Livan Prezidenti Cozef Aun və ABŞ-nin Dövlət Katibi Marko Rubio telefon danışığı zamanı Livandakı vəziyyəti müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, C.Aun hərtərəfli atəşkəsə nail olmaq yolu ilə İsrailin Livan ərazilərinə qarşı təcavüzünün dayandırılmasının zəruriliyini vurğulayıb. Bildirilib ki, Livan bunu gələn həftə Vaşinqtonda keçiriləcək ABŞ-Livan danışıqlarında irəliləyiş əldə olunması üçün “əsas sütun” hesab edir.

Həmçinin Rubio ABŞ-nin Livanı dəstəklədiyini bildirib və ölkənin sabitliyə nail olması, dövlət suverenliyinin bütün ərazilərdə bərqərar edilməsi, Livanın legitim institutlarının dəstəklənməsi istiqamətindəki sadiqliyini bir daha təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər