Çində torpaq sürüşməsi oldu - Ölənlər var

Çində torpaq sürüşməsi oldu -  Ölənlər var
19.05.2025 23:10 Dünya

Çinin cənubundakı Quandun əyalətində baş verən torpaq sürüşməsi nəticəsində üç nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

TodayPress TV  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində üçmərtəbəli bina zərər görüb.

Axtarış-xilasetmə əməliyyatları zamanı altı nəfər sağ tapılaraq xilas edilib.

Lakin tibbi müdaxilələrə baxmayaraq, onlardan üçü xəstəxanada dünyasını dəyişib.

Digər üç nəfərin vəziyyəti isə sabit qiymətləndirilir.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər