Çin Kubaya görə ABŞ-yə xəbərdarlıq etdi

Dünya

30.03.2026 12:55

Çin ABŞ-ni Kubaya qarşı sanksiya təzyiqlərini dərhal aradan qaldırmağa çağırıb və ada dövlətini öz vasitələri ilə dəstəkləməyə davam edəcəyini vurğulayıb.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib.

“Çin Amerika tərəfini Kubaya qarşı blokadanı və sanksiyaları dərhal ləğv etməyə çağırır. Çin Havananı hər zaman olduğu kimi dəstəkləməyə davam edəcək”, – deyə nazirliyin sözçüsü qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın Kubaya Rusiya neftinin tədarükünə etiraz etməməsi və Çinin mümkün yanacaq tədarükü ilə bağlı sualına cavab olaraq belə söyləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Çin bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, Kubanın suverenliyini qəti şəkildə müdafiə edir və hər hansı bəhanə ilə xarici müdaxiləyə qarşıdır.

Jalə Rövşən 

 TodayPress TV

tag: Kuba ,Rusiya ,ABŞ,Neft,Todaypress.tv,