Çin BRICS-ə rəhbərliyi yenidən üzərinə götürür

Çin BRICS-ə rəhbərliyi yenidən üzərinə götürür
12.09.2026 16:27 Dünya

Çin gələn il BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək.

TodayPress TV  Çinin "Xinhua" agentliyinə istinadən  xəbər verir ki, bu barədə  Çin Sədri Si Cinpin bu gün Nyu-Delhidə (Hindistan) keçirilən 18-ci BRICS sammitində bildirib.

"2027-ci ildə Çin yenidən BRICS-in rotasiya qaydasında sədri vəzifəsini icra edəcək. Bütün tərəflər birlikdə əməkdaşlığın yeni fəslini yazmaq üçün Çinin BRICS ölkələrinin kollektiv müdrikliyini və güclü sinerjisini birləşdirəcəyini səbirsizliklə gözləyirlər", - Çin Mərkəzi Televiziyası (CCTV) Si Cinpinin sözlərindən sitat gətirib.


XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər