Çin ABŞ ilə ticarət müharibəsi aparmaq istəmir
"Çin Xalq Respublikası Vaşinqtonla iqtisadi əməkdaşlığın tərəfdarıdır və ticarət müharibəsi aparmaq niyyətində deyil, lakin qarşıdurmadan da qorxmur".
TodayPress TV xəbər verir ki, bunu ABŞ ilə ticarət-iqtisadi danışıqlarda Çin tərəfini təmsil edən Çin Dövlət Şurasının Baş nazirinin müavini He Lifeng deyib.
Onun sözlərinə görə, Çin və ABŞ arasında əlaqələrin mahiyyəti qarşılıqlı fayda və qazan-qazan prinsipinə əsaslanır. O bildirib ki, Çin döyüşmək istəmir, amma döyüşməkdən qorxmur.
Türkan İsgəndərli