Çernobıldakı nüvə mühafizə qurğusuna hücum: Təmirə milyonlar tələb olunur
Çernobıl Atom Elektrik Stansiyasının zədələnmiş nüvə mühafizə qurğusuna dron hücumu nəticəsində ciddi ziyan dəyib. Qurğunun təmiri üçün tələb olunan vəsaitin azı 500 milyon avro olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, hadisə Avropanın nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Mühafizə qurğusunun zədələnməsi radioaktiv maddələrin ətraf mühitə yayılması ilə bağlı risklər yarada bilər.
Bildirilib ki, təmir xərclərinin qarşılanması üçün Avropa və beynəlxalq ictimaiyyət tərəfindən 303 milyon avro vəsait ayrılması vəd edilib.
Məsələ ilə bağlı yayılan açıqlamada Rusiyanın hücuma görə məsuliyyət daşıdığı vurğulanıb. Həmçinin zərərin aradan qaldırılması xərclərinin beynəlxalq ictimaiyyətin üzərinə düşməsi tənqid edilib.
Qeyd edək ki, Çernobıl AES-in mühafizə qurğusunun bərpası Avropanın nüvə təhlükəsizliyi baxımından mühüm məsələlərdən biri hesab olunur.
Türkan İsgəndərli