Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvə göndərə bilər

Cənubi Koreya Hörmüz boğazına hərbi qüvvə göndərə bilər
23.06.2025 11:36 Dünya

Cənubi Koreya ordusu, İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, öz gəmilərinin təhlükəsizliyini təmin etmək üçün həmin bölgəyə hərbi qüvvə göndərməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Dong-A Ilbo" məlumat yayıb.

Sözügedən bölmə gəmiçiliyi piratçılıqdan qorumaq üçün 2009-cu ildən Somali yaxınlığındakı Ədən körfəzində yerləşdirilən "Çonqhae" bölməsidir. Hazırda bu bölməyə "King Munmu the Great" adlı esmines (müasir döyüş gəmisi) daxildir və bölmə təxminən 300 nəfərlik heyətdən ibarətdir.

Bildirilir ki, əgər Hörmüz boğazı bağlanarsa, Qərb və Cənubi Koreya tankerləri təhlükə altına düşə bilər. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər