Bu görüntülər ABŞ-nin gizli hazırlığını ortaya çıxardı
Qətərdə yerləşən Əl-Udeyd aviabazasında ABŞ-yə məxsus yanacaqdolduran təyyarələrin olduğu görüntülənib.
TodayPress TV xəbər verir ki, peyk görüntülərinə əsasən, hazırda aviabazada ən azı 25 ABŞ tanker təyyarəsi yerləşir. Bu, fevral ayında İranla müharibənin başlamasından sonra həmin təyyarələrin bazada qeydə alınan ən böyük cəmləşməsi hesab olunur.
Məlumata görə, münaqişənin ilk günlərində İranın mümkün raket zərbələri təhlükəsi səbəbindən tanker təyyarələri Əl-Udeyd aviabazasından çıxarılıb. Onların bazaya qayıtması isə yalnız iyun ayından etibarən başlayıb.
Təyyarələrin aviabazada səpələnmiş şəkildə yerləşdirilməsi diqqət çəkir. Bu vəziyyət Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında təyyarələrin daha sıx yerləşdirilməsi ilə fərqlənir.
Bunun İranın mümkün zərbələri ilə bağlı ABŞ tərəfinin ehtiyatlı davranışını davam etdirdiyinə işarə etdiyi bildirilir.
Kübra Musayeva