Britaniyada uçuş xaosu: 1900-dən çox reys ləğv edildi
Böyük Britaniyada hava hərəkətinin idarə edilməsi sistemində yaranan texniki nasazlıq ölkənin hava nəqliyyatında ciddi problemlərə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nasazlıq səbəbindən iki gün ərzində 1900-dən çox uçuş ləğv edilib.
Bildirilir ki, Milli Hava Hərəkəti Xidmətinin sistemində yaranan texniki problem artıq aradan qaldırılıb. Lakin nasazlığın yaratdığı fəsadlar səbəbindən uçuşlarda yaranan xaos ikinci gündür davam edir.
Bundan başqa, çoxsaylı reyslər təxirə salınıb. Nəticədə on minlərlə sərnişin hava limanlarında uzun müddət gözləməli olub və səfərlərində ciddi gecikmələrlə üzləşib.
Mütəxəssislər hesab edirlər ki, sistemdəki nasazlığın aradan qaldırılmasına baxmayaraq, uçuş cədvəllərinin tam bərpası müəyyən vaxt tələb edə bilər.
Türkan İsgəndərli