Britaniya Yaxın Şərqə təxliyə qrupları göndərir
Böyük Britaniya vətəndaşlarının Yaxın Şərqdən mümkün təxliyəsi üçün tədbirlər hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Sky News” telekanalına danışıb.
"Biz dəstək sistemləri təşkil edirik. İranın hücumları səbəbindən hava məkanı bağlı olan ölkələr də daxil olmaqla, Fars körfəzi ölkələrində İranın hədəfi ola biləcək təxminən 300 min vətəndaş var", - deyə rəsmi bildirib.
Kuper vurğulayıb ki, evakuasiya məsələləri ilə bağlı hökumətlə işləməklə mümkün variantlar nəzərdən keçirilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub.