Britaniya Rusiya aktivlərinin müsadirəsinə tələsmir

Britaniya Rusiya aktivlərinin müsadirəsinə tələsmir
11.06.2025 17:16 Dünya

Britaniyanın Baş naziri Kir Starmer Rusiyaya məxsus dondurulmuş aktivlərin müsadirəsi məsələsini “çox mürəkkəb” adlandırıb. Onun sözlərinə görə, təxminən 25 milyard funt sterlinq dəyərində olan bu vəsaitlərin hüquqi statusu və beynəlxalq nəticələri diqqətlə nəzərdən keçirilməlidir.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "Reuters” yayıb.

O bildirib ki, bu qərarı verməzdən öncə çoxlu qarşılıqlı amilləri ölçüb-biçmək lazımdır:

“Biz müttəfiqlərlə məsləhətləşmələr aparırıq. Amma mən Avam Palatasında sanki cavab hazırmış kimi davranmaq istəmirəm,  çünki bu sualın hələ cavabı yoxdur”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər