Britaniya ordusu təhlükəsizlik tədbirlərini gücləndirməyə başladı

Britaniya ordusu təhlükəsizlik tədbirlərini gücləndirməyə başladı
23.06.2025 16:39 Dünya

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, ABŞ ordusunun İranın obyektlərinə endirdiyi zərbələrdən sonra Britaniya hərbi bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

“Böyük Britaniya bazalarının və şəxsi heyətin təhlükəsizliyi bizim əsas prioritetimizdir. Silahlı qüvvələrin təhlükəsizliyi ilə bağlı tədbirlər maksimum səviyyəyə çatdırılıb. Bu həftə əlavə hərbi təyyarələr yerləşdirilib”, - deyə nazir qeyd edib. O, hansı bazaların nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Nazir əlavə edib ki, Britaniya Silahlı Qüvvələrinin İrana endirilən zərbələrlə birbaşa əlaqəsi yoxdur.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər