Britaniya büdcəni talan etdi: Nüvə qayıqlarına MİLYARDLAR verildi
Böyük Britaniya hökuməti ölkənin sualtı qayıqlarına texniki xidmətin təkmilləşdirilməsi məqsədilə “Babcock” şirkətinə 8,7 milyard funt sterlinq (11,4 milyard dollar) vəsait ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu, müdafiə sənayesi şirkətinin əldə etdiyi rekord məbləğli müqavilədir.
Böyük Britaniyanın Müdafiə Nazirliyindən qeyd edilib ki, investisiyanın məqsədi sualtı qayıqlara daha operativ texniki xidmət göstərmək, onların daha tez dənizə qayıtmasını təmin etmək və bununla da ölkənin nüvə çəkindirmə potensialını gücləndirməkdir.
“Biz nüvə potensialının inkişafına investisiyaların təxirə salındığı keçmiş səhvləri təkrarlamaq niyyətində deyilik. Bunun üçün digər qurumlara ayrılmış vəsaitləri yenidən bölüşdürmək lazım gəlsə belə, nüvə çəkindirmə potensialımızın qorunmasına və Böyük Britaniyanın döyüş əməliyyatlarına hazır vəziyyətə gətirilməsinə üstünlük verəcəyik”, – deyə müdafiə naziri Uez Stritinq bildirib.
“Financial Times” şirkətin bəyanatına istinadən yazıb ki, beşillik müqavilə təxminən 3 min iş yerinin, eləcə də təcrübəçilər və universitet məzunları üçün 2,5 minə yaxın mövqenin yaradılmasına imkan verəcək.
Bu xəbərin fonunda “Babcock” şirkətinin London Fond Birjasında səhmlərinin qiyməti 6,99% artıb.
Aysel Mətləb