Böyük Britaniyada 400 min yeni iş yeri yaradılacaq

Böyük Britaniyada 400 min yeni iş yeri yaradılacaq
20.10.2025 06:48 Dünya

Böyük Britaniya hökuməti ölkənin təmiz enerji sektorunda işçi qüvvəsini artırmaq məqsədilə yeni təlim və işə qəbul proqramı həyata keçirəcəyini açıqlayıb.

TodayPress TV "BBC"yə istinadla xəbər verir ki, plan çərçivəsində 2030-cu ilədək 400 minə yaxın əlavə iş yerinin yaradılması nəzərdə tutulur.

Nazirlərin açıqlamalarına görə, santexnik, elektrik və qaynaqçı kimi 31 əsas ixtisas üzrə işçilərə tələbat xüsusilə yüksəkdir. Gözlənilir ki, külək, günəş və nüvə enerjisi sahələrində çalışanların sayı 5 il ərzində ikiqat artaraq 860 min nəfərə çatacaq.

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər