“Boeing 747-8”in Trampa verilməsi ilə bağlı yeni məlumat
Qətər kral ailəsinin ABŞ prezidenti Donald Trampa “Boeing 747-8” təyyarəsi hədiyyə etmək qərarı Ağ Evin müraciətindən sonra verilib.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “Boeing 747” təyyarələrindən birini almaq təklifi ilə Dohaya ilk müraciət edən ABŞ administrasiyası olub.
Bundan sonra Qətər hökmdarları prezidentə təyyarə hədiyyə etmək təklifi ilə çıxış ediblər. Bu, Qətərin jesti deyil.