BMT Baş Assambleyası Qəzzaya dair səsvermə keçirdi

BMT Baş Assambleyası Qəzzaya dair səsvermə keçirdi
12.06.2025 09:39 Dünya

BMT-nin Baş Assambleyası bu gün Qəzza zolağında dərhal, qeyd-şərtsiz və daimi atəşkəsin tətbiqini tələb edən qətnamə layihəsi üzrə səsvermə keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Baş Assambleyanın 193 üzv ölkəsinin əksəriyyətinin qətnamənin lehinə səs verəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ bu həftənin əvvəlində Təhlükəsizlik Şurasında eyni məzmunlu qətnamə layihəsini veto hüququndan istifadə edərək rədd etmişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər