"Bloomberg": Üçüncü dünya müharibəsi kosmosda başlaya bilər

Dünya

30.03.2026 18:45

Üçüncü dünya müharibəsinin ilk zərbələrinin böyük ehtimalla kosmosda baş verəcəyi iddia olunub.

TodayPres TV xəbər verir ki, bu barədə “Bloomberg” üçün yazdığı məqalədə analitik Andreas Klut bildirib.

O qeyd edib ki, Vaşinqton və Kolorado-Sprinqsdə yerləşən ABŞ-nin “Peterson” kosmik bazasında danışdığı mənbələr müharibənin kosmosdan başlayacağı ilə razılaşıb.

Klutun sözlərinə görə, müasir hərbi güclər — ABŞ, Çin və Rusiya artıq kosmosdan kəşfiyyat, koordinasiya və zərbə idarəetməsi üçün geniş istifadə edir.

Bu isə potensial münaqişə zamanı tərəfləri rəqib peykləri və yerüstü stansiyaları məhv etməyə məcbur edə bilər.

Analitik bildirib ki, ilkin mərhələdə elektromaqnit müdaxilələr, daha sonra isə lazerlər və raketlər istifadə oluna bilər.

O, həmçinin kosmosda nüvə silahının tətbiqi ehtimalını da istisna etməyib. Bu halda elektromaqnit impulsu bütün peykləri sıradan çıxara, radiasiya isə orbitləri uzun müddət istifadəsiz hala sala bilər.

Klut vurğulayıb ki, belə bir addım 1967-ci il Kosmik müqaviləsinin ciddi şəkildə pozulması olacaq və bəşəriyyəti texnoloji baxımdan geriyə ata bilər.

Qeyd edək ki, son aylarda bir sıra dünya liderləri də mümkün qlobal münaqişə riskinin artdığı barədə xəbərdarlıqlar səsləndirir.

Qiymət Mahir

tag: Vaşinqton ,Kolorado-Sprinqs,ABŞ,Peterson,TodayPres TV,