Bir sıra ölkələr Qrenlandiyada konsulluq açmağı planlaşdırır
Dünya
07.02.2026 22:00
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bir sıra ölkələrin Qrenlandiyada öz konsulluqlarını açmaq imkanını nəzərdən keçirdiklərini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə nazir adaya səfəri zamanı açıqlama verib.
O vurğulayıb ki, hazırda Qrenlandiyada artıq Kanada və Fransanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir.
Nazirin sözlərinə görə, bu proses Qrenlandiya üçün xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, bir sıra xarici həmkarları da oxşar addımı müzakirə edir ki, bu da Danimarka, Qrenlandiya və Farer adaları ilə əlaqələri möhkəmləndirmək, eyni zamanda mövcud geosiyasi vəziyyət fonunda Arktika əməkdaşlığını gücləndirmək niyyətindən xəbər verir.
Lars Lökke Rasmussen Kanada və Qrenlandiyanın xarici işlər nazirləri Anita Anand və Vivian Motsfeldt ilə Arktikanın təhlükəsizliyinə həsr olunmuş danışıqlardan sonra ABŞ ilə məsləhətləşmələrin başladığını da açıqlayıb. Onun sözlərinə görə, artıq yüksək səviyyəli işçi qrupunun ilk iclası keçirilib, yaxın vaxtlarda ikinci görüşün baş tutması gözlənilir. Konkret tarixlər isə hələlik açıqlanmayıb.
Aysel Mətləb
tag: Danimarka,Qrenlandiya,Səfirlik,ABŞ,Todaypress.tv,
