Belqradda parlament önündə atışma oldu

Belqradda parlament önündə atışma oldu
22.10.2025 17:37 Dünya

Serbiyanın paytaxtı Belqradda, parlament binasının qarşısında atışma baş verib.

TodayPress TV bu barədə Serbiya KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, bir neçə atəş səsi eşidildikdən sonra çadırların birində yanğın başlayıb. Qeyd olunur ki, həmin çadırlar prezident Aleksandr Vuçiçin tərəfdarları tərəfindən hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı qurulub.

Hadisə nəticəsində bir nəfər yaralanıb. Atəşi kimin açdığı və yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər