Belarus Litva ilə sərhəddə PUA aşkarladı

Belarus Litva ilə sərhəddə PUA aşkarladı
11.06.2025 18:13 Dünya

Belarus sərhədçiləri Litva ilə sərhəd yaxınlığında pilotsuz uçan aparat aşkarlayaraq onu yerə endiriblər. 

TodayPress TV xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də Lida sərhəd dəstəsinin hərbçiləri Belarus-Litva sərhədindən bir kilometr aralıda pilotsuz uçan aparat aşkar ediblər. Sərhədçilər silahdan istifadə edərək onu endiriblər. Hadisə Voronovski rayonunda baş verib.

Komitə bildirib ki, Belarus qanunvericiliyinə görə, pilotsuz uçan aparatların icazəsiz istifadəsi qadağandır və buna görə cərimə nəzərdə tutulur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər