Baltik dənizində HƏRBİ GƏRGİNLİK: Rusiya səfiri XİN-ə çağrıldı
Danimarka Xarici İşlər Nazirliyi beynəlxalq sularda baş verən insidentlə bağlı Rusiyanın ölkədəki səfiri Vladimir Barbinə çağırış göndərib.
TodayPress TV xəbər verir ki, bunu Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib. Onun sözlərini nazirlik sosial şəbəkə hesabında yayıb.
“Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinin helikopterlərindən biri Gedser yaxınlığındakı sularda Rusiya freqatının planlı fotoçəkilişi zamanı "aldadıcı istilik hədəfləri" ilə atəşə tutulub. Bu, tamamilə qəbuledilməzdir. Buna görə də insidentlə bağlı izahat almaq üçün Rusiya səfiri söhbətə çağırılıb”, – Rasmussen bildirib.
Qiymət Mahir