Avropaya “qapılar bağlandı”: İslandiya Aİ ilə bağlı qərarını verdi

Avropaya “qapılar bağlandı”: İslandiya Aİ ilə bağlı qərarını verdi
30.08.2026 15:24 Dünya

İslandiyada keçirilən referendumda seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların bərpasına qarşı çıxıb.

TodayPress TV xəbər verir ki, son nəticələrə görə, seçicilərin 52,8%-i “xeyr”, 47,2%-i isə “bəli” deyib.

Paytaxt Reykyavikdə danışıqların bərpasını dəstəkləyənlər üstünlük təşkil etsə də, ölkənin kənd və digər bölgələrində “xeyr” səsləri nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, referendum İslandiyanın dərhal Aİ-yə üzvlüyünü deyil, üzvlüklə bağlı danışıqların yenidən başlamasını nəzərdə tuturdu.

Kübra Musayeva

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər