Avropanın Kiyevə yardımı səngimir - 3,3 milyard...
Avropa Komissiyası (AK) 90 milyard dollarlıq kredit çərçivəsində müdafiə təchizatı üçün Kiyevə 3,3 milyard avro ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.
"Bu gün biz Ukraynaya Dəstək Krediti çərçivəsində dron və raketlərin alınmasına kömək etmək üçün 3,3 milyard avro ayıracağıq. Avropa Ukraynanın öz xalqını və ərazisini müdafiə etmək üçün ehtiyac duyduğu dəstəyi verməyə davam edəcək", - deyə o qeyd edib.
Sənədə əsasən, bu vəsaitin ayrılması AK-nın sentyabrın 11-də Ukraynanın hava və raketdən müdafiəsi, eləcə də digər hərbi ehtiyacları, o cümlədən "Patriot" sistemləri üçün PAC-3 raketlərinə 6,1 milyard avro təsdiq etməsi haqqında qərarından sonra baş tutur.
Aysel Mətləb