Avropa vətəndaşların pullarına "göz dikdi" - 10 trilyon!
Avropa Komissiyasının rəhbərliyi daxili biznesi dəstəkləmək üçün vətəndaşların şəxsi vəsaitlərini cəlb etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Parisdə keçirilən tədbirdə çıxış edərkən bildirib.
O vurğulayıb ki, hazırda Avropa ev təsərrüfatlarının hesablarında təxminən 10 trilyon avro toplanıb, lakin bu vəsaitlərin böyük hissəsi Avropa İttifaqından (Aİ) kənarda investisiya edilir.
Rəhbərin sözlərinə görə, bu kapital üzv ölkələrin iqtisadiyyatını stimullaşdırmaq üçün səmərəli şəkildə istifadə edilməlidir. Bununla əlaqədar olaraq, bank və sığorta investisiyalarının stimullaşdırılmasına yönəlmiş tədbirlər paketi hazırlanıb.
Qiymətləndirmələrə görə, bu təkliflərin həyata keçirilməsi Aİ iqtisadiyyatına 470 milyard avroyadək vəsait cəlb etməyə imkan verəcək.
Aysel Mətləb