Avropa böyük vədindən geri çəkilir - Tiflisdən XƏBƏRDARLIQ
Gürcüstan hakimiyyəti Brüsselin həqiqətən də Avropa İttifaqını (Aİ) genişləndirmək niyyətində olduğuna şübhə edir.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.
"Təəssüf ki, Brüsselin Avropa İttifaqının genişlənməsi ilə bağlı vədindən yavaş-yavaş geri çəkilməsi meyli mövcuddur. Namizəd ölkələrdə bu barədə yalnız böyük şübhə var. Və biz görürük ki, onlar ən yaxşı halda Monteneqronun və bəlkə də Albaniyanın üzvlüyü barədə razılığa gələcəklər. Lakin mən düşünmürəm ki, bəzi Aİ liderləri digər ölkələrlə bağlı genişlənmə haqda bəyanatlarında səmimidirlər", - Papuaşvili vurğulayıb.
O həmçinin qeyd edib ki, 2022-ci ildə hərbi əməliyyatlar başladıqdan sonra Ukraynaya Aİ-yə tezliklə daxil olacağı vəd edilmişdi, Avropa İttifaqının bəzi liderləri bu ölkənin daxilolma tarixi kimi 1 yanvar 2027-ci ili göstərirdilər. Papuaşvilinin sözlərinə görə, bu tarix yaxınlaşır və aydındır ki, heç kim Ukraynanı Aİ-yə qəbul etməyə hazırlaşmır.
Aysel Mətləb