“Ferrari”də sərt tədbirlər: Pilotlar zərərin əvəzini ödəyə bilər!
“Ferrari” komandası Las-Veqas Qran-prisində Şarl Lekler və Lyuis Hemilton arasında baş verən toqquşmadan sonra pilotlara daxili sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
TodayPress TV “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, komanda hər iki pilotun cərimələnməsi ehtimalını istisna etmir. Maranelloda oxşar hadisələrin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlər müzakirə olunur.
“Ferrari” rəhbərliyi bu məsələdə “Mercedes”in 2016-cı ildə tətbiq etdiyi yanaşmanı nümunə götürə bilər.
Həmin vaxt İspaniya Qran-prisində Lyuis Hemilton və Niko Rosberq arasında baş verən toqquşmadan sonra “Mercedes”in rəhbəri Toto Volf pilotlara oxşar insidentlərin təkrarlanacağı təqdirdə komandadan qovulacaqları barədə xəbərdarlıq etmişdi.
Mənbənin bildirdiyinə görə, Leklerə pul cəriməsi və digər daxili sanksiyalar tətbiq oluna bilər.
Qeyd edək ki, 2016-cı ildə Toto Volf və Niki Laudanın iştirakı ilə “Mercedes”də daha sərt qaydalar da müəyyənləşdirilmişdi. Həmin qaydalara əsasən, toqquşma nəticəsində avtomobilə dəyən zərərin əvəzini pilotlar özləri ödəməli idilər.
Namiq HUN