SON DƏQİQƏ: İran Qərbi Azərbaycanda əməliyyat keçirdi, 27 nəfər saxlanıldı

SON DƏQİQƏ: İran Qərbi Azərbaycanda əməliyyat keçirdi, 27 nəfər saxlanıldı
24.11.2026 09:58 Dünya

İran Kəşfiyyat Nazirliyi noyabrın 23-də ölkənin Qərbi Azərbaycan ostanında dörd terrorçu qrupun zərərsizləşdirildiyini və 27 nəfərin saxlanıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, nazirliyin bəyanatına görə, qrupların üzvləri casusluq, əməliyyat və təbliğat fəaliyyəti ilə məşğul olub, həmçinin maliyyə və logistika dəstəyi göstəriblər.

Onların ölkə daxilindəki şəhərlərə silah və Starlink peyk rabitəsi avadanlıqları keçirdikləri iddia olunur.

Əməliyyat zamanı 52 ədəd Kalaşnikov avtomatı, 94 daraq və bir Starlink cihazı müsadirə edilib.

Nazirlik ayrıca əməliyyat çərçivəsində qonşu ölkələrdən İrana silah və sursat keçirməyə çalışan üç qaçaqmalçılıq şəbəkəsinin altı üzvünün də saxlanıldığını bildirib. Həmin şəxslərdən 201 müxtəlif növ odlu silah və 100 daraq götürüldüyü qeyd olunub.

İran Kəşfiyyat Nazirliyi əməliyyatların xarici kəşfiyyat orqanları ilə əlaqəli fəaliyyətlərin qarşısının alınmasına yönəldiyini iddia edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər