İşçilər maaşa görə ayağa qalxdı, ölkə yarım milyon dollar itirdi - VİDEO

İşçilər maaşa görə ayağa qalxdı, ölkə yarım milyon dollar itirdi - VİDEO
24.11.2026 10:14 Dünya

Banqladeşdə geyim sənayesi işçilərinin əməkhaqqının artırılması tələbi ilə keçirdiyi etirazlar ölkənin tekstil sektoruna ciddi iqtisadi ziyan vurub.

TodayPress TV xəbər verir ki, məlumata görə, minlərlə işçi hazırkı əməkhaqlarının iki dəfə artırılmasını və minimum aylıq əməkhaqqının 30 min takaya (təxminən 245 dollar) çatdırılmasını tələb edir.

Etirazlar və iğtişaşlar nəticəsində Banqladeşin geyim sənayesinin cəmi 18 gün ərzində 428 milyon dollar itirdiyi bildirilir. Bundan əlavə, 254 milyon dollar dəyərində ixrac sifarişinin rəqib ölkələrə yönəldildiyi qeyd olunur.

Qeyd edək ki, Banqladeş uzun illərdir aşağı istehsal xərcləri hesabına qlobal geyim brendləri üçün əsas istehsal mərkəzlərindən birinə çevrilib. Lakin sektorda tətbiq olunan aşağı əməkhaqqı siyasəti işçilərin yaşayış xərclərini qarşılamaqda çətinlik çəkməsinə səbəb olur.

İşçilərin əməkhaqqının artırılması tələbi isə ölkənin əsas ixrac sahələrindən biri olan geyim sənayesində iqtisadi təzyiqləri daha da artırıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər