“Az danış, çox iş gör!” - Ferstappendən Rassellə sərt mesaj
“Red Bull” komandasının pilotu, dördqat “Formula-1” dünya çempionu Maks Ferstappen Las-Veqas Qran-prisindən sonra sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
TodayPress TV xəbər verir ki, niderlandlı pilot paylaşımında Elvis Preslinin “A Little Less Conversation” mahnısından istifadə edib.
Bu paylaşımın “Mercedes” pilotu Corc Rassellə ünvanlandığı ehtimal olunur. Belə ki, Rassell daha əvvəl rəqibini trasda digər pilotları təxribata çəkməməyə və daha az danışmağa çağırmışdı.
Preslinin mahnısının nəqarətində də daha az danışmaq, daha çox əməl etmək fikri vurğulanır. Bu səbəbdən Ferstappenin seçimi onun Rassellə dolayı yolla cavabı kimi qiymətləndirilir.
Qeyd edək ki, Las-Veqas Qran-prisinin qalibi Maks Ferstappen olub. İkinci yeri Lando Norris, üçüncü pilləni isə Oskar Piastri tutub.
Namiq HUN