Astana və Ankara ticarəti 15 milyard dollara çatdıracaq
"İki ölkə arasında ticarət dövriyyəsi 15 milyard ABŞ dollarına çatdırılacaq"
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası zamanı bildirib.
Ərdoğan qeyd edib ki, ticarət, müdafiə, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndiriləcək.
Qeyd edək ki, 2024-cü ildə ikitərəfli ticarət həcmi 5 milyard dollar olub.
Aynur TAC