"Apple" təbii fəlakət qurbanlarına əl uzatdı
“Apple” şirkətinin baş icraçı direktoru Tim Kuk Nepal və Tibetdə daşqın və torpaq sürüşmələrindən zərər çəkənlərə yardım məqsədilə vəsait ayıracaqlarını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.
Bu, “Apple”ın iki aydan artıq müddət ərzində təbii fəlakətlərdən zərər çəkənlərə yardım göstərilməsi ilə bağlı verdiyi artıq beşinci açıqlamadır.
Şirkət daha əvvəl İndoneziyada baş verən zəlzələdən sonra bərpa işlərinə dəstək verib, həmçinin Venesuela, Cənubi Avropa və Yaponiyada yaranan böhranlarla əlaqədar yardım göstərib.
Aysel Mətləb