ANONS VERİLDİ: Bu qış çox “isti” keçəcək - “Hazır olmalıyıq!”
Polşanın Baş naziri Donald Tusk Rusiyanın NATO üzvü olan ölkələrdən birinə qarşı təxribat törətməsi ehtimalını istisna etməyib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Tusk NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra bildirib ki, qarşıdakı altı ay Avropanın təhlükəsizliyi baxımından həlledici ola bilər. O, Polşa və NATO ölkələrinin müxtəlif ssenarilərə hazır olması lazım olduğunu vurğulayıb.
“Rusiyanın NATO üzvü olan ölkələrdən birinə qarşı təxribatını istisna edə bilmərik”, - deyə Tusk bildirib.
Polşa hökumətinin başçısı, həmçinin Ukraynaya hava hücumundan müdafiə sahəsində daha çox dəstək göstərilməsinin Avropanın öz təhlükəsizliyi üçün də vacib olduğunu qeyd edib.
Kübra Musayeva