Almaniyanın Rusiyaya qarşı “səbri tükəndi” - Nə baş verəcək?

Almaniyanın Rusiyaya qarşı “səbri tükəndi” - Nə baş verəcək?
29.08.2026 19:06 Dünya

Almaniya Rusiya ilə münasibətlərdə “Zeitenwende 2.0” adlandırılan yeni mərhələyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Berlin avqust ayında Leypsiq/Halle hava limanına edilən dron hücumuna görə Rusiyanı rəsmi şəkildə ittiham edə bilər.

Bununla yanaşı, Almaniyanın milli səviyyədə daha sərt tədbirlər görəcəyi, Ukraynaya dəstəyi artıracağı və Aİ çərçivəsində yeni sanksiyalar paketinin hazırlanmasını təşviq edəcəyi gözlənilir.

Bu addımlar Rusiyanın mümkün hibrid hücumlarına qarşı Berlinin əvvəlki ehtiyatlı siyasətindən uzaqlaşması kimi qiymətləndirilir.

Məlumata görə, təxminən 1 600 fiziki və hüquqi şəxsin Aİ-nin sanksiya siyahısına salınması nəzərdən keçirilir. Daha genişmiqyaslı tədbirlərin payızda qəbul ediləcəyi gözlənilir.

Almaniyanın konkret tədbirləri hələ hazırlanma mərhələsindədir. Berlin isə Rusiyanın buna sərt cavab verə biləcəyinə hazırlaşır.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər