Almaniya Yaxın Şərq böhranı fonunda neft ehtiyatlarını açır

Dünya

11.03.2026 17:19

Almaniya hökuməti Yaxın Şərqdə artan gərginlik fonunda strateji ehtiyatlardan neft buraxılması barədə qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "DPA" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ölkə mümkün enerji böhranları üçün saxlanılan strateji neft ehtiyatlarından müəyyən həcmdə neft bazara çıxaracaq. "Handelsblatt" qəzetinin yazdığına görə, milli ehtiyatlardan təxminən 19,5 milyon barel neft buraxıla bilər.

Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto da Yaxın Şərqdəki münaqişə səbəbilə enerji qiymətlərinin artmaması üçün Avropa İttifaqını Rusiya nefti və qazına qoyulan qadağanı ləğv etməyə çağırmışdı.

Qiymət Mahir

tag: Almaniya ,Yaxın Şərq,Avropa İttifaqı, Peter Siyarto,TodayPress TV,