Aİ yunanıstana xəbərdarlıq etdi

Aİ yunanıstana xəbərdarlıq etdi
19.06.2026 01:40 Dünya

Avropa İttifaqı (Aİ) Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığı Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yunanıstanın aparıcı qəzetlərindən olan "Ta Nea"ya müsahibə zamanı səsləndirib.

O, Aİ-nin 150 milyard avroluq müdafiə proqramı SAFE-ə Türkiyənin qoşulmasına mane olmağa çalışan Afinaya bildirib ki, ittifaq Ankaraya əməkdaşlıq təklif edir:

"Müdafiə sahəsində, Türkiyənin SAFE-ə qatılmaması səbəbindən, mövcud üzv dövlətlər Türkiyə ilə daha yaxın əməkdaşlıq etmək üçün səy göstərir, çünki əksəriyyəti NATO-da yer alır və Türkiyə alyansda mühüm rol oynayır".

Kallas qəzetin əməkdaşının Türkiyənin iki Aİ ölkəsini təhdid etməsi ilə bağlı təxribatçı sualına isə, Avropanın xüsusilə müdafiə sahəsində Ankara ilə əməkdaşlığa ehtiyac duyduğunu təkrarlayıb: "Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasındakı əhəmiyyətli yeri var".

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər