Aİ Ukraynaya 403 milyard dollar ayıracaq
Avropa İttifaqı (Aİ) növbəti büdcə dövründə Ukraynanın ehtiyacları üçün 403 milyard dollar ayıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, bu məbləğ Macarıstanın bir ildə pensiyalara xərclədiyi vəsaitdən 18 dəfə çoxdur və bu yardımların bir hissəsi Macarıstanın Aİ-yə ödədiyi töhfələr hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, Macarıstan hökuməti uzun müddətdir Ukraynaya dəstəyin miqyasından narazıdır və bu məsələ Aİ daxilində fikir ayrılığına səbəb olur.
Türkan İsgəndərli