Aİ Ukrayna və Avropa müdafiəsi üçün 1,5 milyard ayırdı
Dünya
30.03.2026 17:09
Avropa Komissiyası Avropa və Ukraynanın müdafiə sənayesinə dəstək üçün 1,5 milyard avroluq proqramı təsdiqləyib.
TodayPres TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, proqram 2026–2027-ci illəri əhatə edir və vəsaitlər qrant şəklində ayrılacaq.
Məlumata görə, ümumi məbləğin:
— 700 milyon avrodan çoxu kritik komponentlərin, o cümlədən anti-dron sistemləri, raketlər və sursat istehsalının artırılmasına yönəldiləcək
— 260 milyon avro Ukraynanın müdafiə-sənaye bazasının bərpası və modernləşdirilməsinə ayrılacaq
Bundan əlavə:
— 325 milyon avro Ukrayna və Norveçin iştirak edəcəyi birgə müdafiə layihələrinə yönəldiləcək
— 100 milyon avro müdafiə sektorunda fəaliyyət göstərən startaplara veriləcək
— 35,3 milyon avro isə Ukrayna və Aİ startaplarının innovativ layihələrinə ayrılacaq
Qeyd edək ki, bundan əvvəl Macarıstan və Slovakiya Ukraynaya kredit ayrılmasına və Rusiyaya qarşı sanksiyalara veto qoymuşdu.
Qiymət Mahir
tag: Avropa , Ukrayna,Milyon,Avro,TodayPres TV,
