Aİ Rusiya ilə bağlı sanksiyalara “üç illik möhür” vurdu
Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiya və Belarus fiziki-hüquqi şəxslərinə qarşı sanksiyaların müddətini üç il uzatmaq barədə qərar qəbul ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Çexiya KİV-i diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məhdudiyyətlər əvvəllər altı aydan bir uzadılsa da, bu dəfə birdəfəlik üç il müddətinə uzadılıb. Bu razılaşma Aİ-yə üzv dövlətlər arasında kompromis olub.
Çexiya televiziyası qeyd edir ki, rusiyalı sahibkarlar Əlişer Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarılıb.
Aysel Mətləb