Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edəcək
Avropa İttifaqı Şurası mayın 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketinə baxmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
“Aİ Rusiyaya təzyiqi artırmağa, o cümlədən yeni sanksiyaların tətbiqi və mövcud sanksiyaların daha sərt şəkildə tətbiqinə hazırdır” bəyanatda deyilir.
Qeyd olunur ki, Avropa İttifaqının Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri mayın 20-də Brüsseldə görüş keçirəcəklər.
İclasda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa videobağlantı vasitəsilə iştirak edəcək.
Nicat Osman